Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsinin daha bir parlaq ifadəsi idi

Paris, 6 noyabr (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ayrı-ayrı komitələrinin ilin sonunda keçirilən iclaslarında növbəti qış sessiyasının gündəliyinə və müzakirə dairəsinə daxil ediləcək məsələlər ətrafında araşdırmalar aparılır, hesabatlar dinlənilərək qətnamə layihələri təsdiqlənir. 

Noyabrın 6-da Avropa Şurasının qərargahında AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçirilmişdir. Komitə üzvlərinin “Beynəlxalq təşkilatların insan haqları pozuntularına görə məsuliyyəti”, “İnsan bədəni orqanlarının ticarətinə qarşı Avropa Şurası Konvensiyasının layihəsi”, “Avropa İnsan Haqları Məhkəməsinin müstəqilliyinin gücləndirilməsinin zəruriliyi” mövzularında hazırladıqları məruzələr müzakirə edilmişdir.

Ənənəvi olaraq Avropa Şurası üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərini həm müşahidə edir və həm də seçkilərdən sonrakı sessiyalarda bu məsələlərin ətraflı müzakirələrini aparır. Oktyabr ayında Azərbaycanda keçirilən prezident seçkiləri də Avropa Şurasının diqqət mərkəzində olmuş, qurumun xüsusi missiyası həm seçki öncəsi müşahidələr aparmış, həm də geniştərkibli nümayəndə heyəti ilə səsvermənin gedişini izləmişdir. AŞPA-nın noyabrın 22-də Vyanada keçiriləcək daimi komitəsinin gündəliyinə artıq həmin seçkilərin müzakirəsi ilə bağlı ayrıca hesabat daxil edilmişdir və qarşıdakı qış sessiyasında da bu mövzunun gündəlikdə yer alacağı gözlənilir.

Hüquq komitəsinin iclasının gündəliyinə bu məsələ ayrıca olaraq daxil edilməsə də, seçki dövründə müxtəlif Avropa ölkələrindən müşahidəçi qismində Azərbaycanda olmuş deputatlar mövzu ətrafında fikir mübadilələri aparmışlar. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu məsələ ilə AZƏRTAC-ın xüsusi müxbirinə demişdir: “Həqiqət müqayisələrdə daha artıq üzə çıxır. İş elə gətirib ki, 22 illik müstəqillik dövründə Azərbaycanda keçirilmiş altı prezident seçkisinin hər birində mən ya prezidentliyə namizədlərdən hansınınsa səlahiyyətli nümayəndəsi, ya rəsmi müşahidəçi, ya da jurnalist qismində yaxından iştirak etmişəm. Yəni, altı seçkinin altısında da prosesləri yaxından izləmək imkanına malik olmuşam. Amma, eyni zamanda, 2001-ci ildən Avropa Şurasının üzvü olaraq bir sıra ölkələrdə Parlament Assambleyasının müşahidə qrupunun üzvü kimi parlament və prezident seçkilərini izləmişəm. Ona görə də Azərbaycanda keçirilmiş seçkiləri həm Azərbaycanın özünün daha əvvəlki seçkiləri ilə, həm də Avropa ölkələrində keçirilmiş seçkilərlə müqayisə etmək imkanım vardır. Qətiyyən şübhə yoxdur ki, gənc demokratiyalardan olan Azərbaycan son 20 ildə, xüsusən Avropa Şurasına üzv qəbul edildiyi axırıncı 13 ildə demokratik təsisatların daha artıq bərqərar olması, o cümlədən seçki mədəniyyətinin təkmilləşməsi istiqamətində ciddi irəliləyişlərə nail olmuşdur. Əvvəlki seçkilərlə müqayisə edilərsə, Azərbaycandakı son prezident seçkiləri irəliyə doğru əhəmiyyətli addım hesab edilməlidir. Azərbaycanda budəfəki prezident seçkilərini çoxsaylı yerli və beynəlxalq müşahidəçi izləmiş, seçki məntəqələrində quraşdırılmış veb-kameralar vasitəsilə canlı yayımla hər kəsin səsvermənin hər anını birbaşa izləmək fürsəti olmuşdur. Təbii ki, bu da seçkilərin şəffaflığını təmin edən əsas amillər olmuşdur. Müşahidəçilərin əksəriyyətinin, o cümlədən Avropa Şurası müşahidə missiyasının rəyləri müsbət olmuşdur. Təəssüf ki, məsələyə ifrat tənqidi, həm də insafsızca, ədalətsizcə, həqiqətləri təhrif edərək yanaşanlar, bütün müsbət cəhətlərə inadla göz yumaraq hər şeyi qara boyalarla təsvir etməyə cəhd edənlər də tapılmışdır. Lakin dünyanın bir çox ölkələrindən gəlmiş müşahidəçilərin və mötəbər beynəlxalq təşkilatların əksəriyyətinin müsbət rəyləri fonunda bu cür qərəzli yanaşmaların qeyri-obyektivliyi aşkar sezilir, bunların Azərbaycana qarşı təzyiq siyasəti yeridən ayrı-ayrı qüvvələr tərəfindən təşkil edildiyi duyulur. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ayrı-ayrı təmsilçilərinin müxtəlif vaxtlarda AŞPA-da və digər yerlərdə çıxışlarını dinləmiş, rəylərini oxumuş və təhlil etmişəm. Bu qurumun Avropa demokratiyasından daha çox Mərkəzi Kəşfiyyat İdarəsinə bağlılığı qənaətinə gəlmişəm. Çünki onların ayrı-ayrı bəyanat və çıxışları siyasətçilərdən daha artıq kəşfiyyatçıların, xüsusi xidmət orqanları şəbəkəsinə bağlı şəxslərin mövqeyini xatırladır, yoxlanılmamış əməliyyat məlumatları əsasında icra edilən məqsədli qarayaxma, gözdənsalma, müsbət təəssüratlara kölgə salmaq kompaniyası qənaətini doğurur. İyirmi iki illik demokratiya yolu hər halda Azərbaycana yaxşını pisdən seçmək, demokratik tərəqqimizdə bizə səmimi qəlbdən yardımçı olmaq istəyənlərlə demokratiya pərdəsi arxasında xeyirxah olmayan niyyətlərə qulluq edənləri fərqləndirmək bacarığı vermişdir.

Bu günlərdə Bakıda üçüncü dəfə Beynəlxalq Humanitar Forum keçirilirdi və həmin möhtəşəm tədbirə 70 ölkədən 800-dən çox iştirakçı qatılmışdı. Dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının, yaradıcı şəxslərin, jurnalistlərin də daxil olduğu iştirakçılar sırasında 10-dan artıq Nobel mükafatı laureatı var idi. Onlardan biri, bütün dünyada məşhur olan amerikalı alim Rocer Kornberqlə müxtəlif mövzularda geniş söhbətlərimiz oldu. R. Kornberq bir saatdan artıq müddətdə ABŞ-da seçki sisteminin qüsurları, zahirən dünya demokratiyasının liderlərindən sayılan ölkəsində bu sahədə müşahidə etdiyi çatışmazlıqlardan bəhs etdi. Mən onun iradlarını, tənqidi qeydlərini normal və təbii qəbul edirdim. Demokratiya davamlı inkişaf edən proses, sonu olmayan yoldur. ABŞ-ın dövlət müstəqilliyinin yaşı Azərbaycanın müstəqilliyinin yaşından 15 dəfə çoxdur. Birləşmiş Ştatlarda və digər dövlətlərdə bu sahədə hələ çox problemlər varsa, bizdə də ayrı-ayrı qüsurların olması qaçılmazdır. Əsas bu deyil. Əsas daha demokratik olmaq yolunda canatmaların, çalışmaların varlığıdır. Əsas olan seçilən yolun səmtidir. Azərbaycan isə demokratik inkişaf yolunu özünə strateji məqsəd olaraq müəyyənləşdirmişdir və bu istiqamətdəki fəaliyyətlərində həm səmimi, həm də ardıcıldır. Azərbaycan demokratik dəyərlərə sadiqdir və heç bir qüvvə onu bu doğru yoldan döndərmək iqtidarında deyildir.

Azərbaycandakı son prezident seçkiləri bunun daha bir təsdiqinə çevrilmişdir. Həmin seçkilərin Prezident İlham Əliyevin inamlı qələbəsi ilə nəticələnməsi dövlət başçısının Azərbaycan cəmiyyətindəki yüksək nüfuzunun daha bir əyani ifadəsi, xalqın ölkədə son 10 il ərzində aparılan işlərə verdiyi tutarlı qiymətdir.

Müqayisə edərək tam məsuliyyətlə bildirirəm ki, Azərbaycanda indiyədək prezident seçkilərində xalqın bu qədər mütəşəkkilliyi, səsvermə günündə bu qədər fəallığı və ruh yüksəkliyi olmamışdır. Səksən faizdən artıq səs toplamaq üçün vətəndaşların mütləq etimadını və etibarını qazanmaq lazımdır. Prezident İlham Əliyev məhz buna müvəffəq olmuşdur.

Azərbaycan mətbuatına müsahibə verən, ilk növbədə adətinə uyğun olaraq sərt tənqidi mövqedən çıxış edən və ölkəmizin ucqar regionlarından birində seçkiləri izləyərkən rast gəldiyi nöqsanları qabardan həmkarımız Andreas Qross da qalib gəlmiş namizədin obyektiv olaraq nail olduğu çox yüksək səs faizlərinə müşahidə etdiyi ayrı-ayrı texniki xətaların nəticə etibarı ilə təsir göstərmədiyini etiraf etmişdir.

Son Prezident seçkiləri Azərbaycan xalqının iradəsinin parlaq ifadəsi idi və zənnimcə, bu aydın həqiqətlə barışmamaq mümkün deyildir”.

Rafael Hüseynov bildirmişdir ki, daimi komitənin qarşıdakı iclasında da o, Azərbaycandakı prezident seçkiləri mövzusunda çıxış edəcəkdir, çünki çox uğurlu keçmiş bu seçkilər haqqında həqiqətlərin Avropa və bütövlükdə dünya ictimaiyyətinə daha geniş və dəqiq şəkildə çatdırılması üçün bütün mümkün imkanlardan yararlanmaq vacibdir.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir