PREZİDENT TƏQAÜDÇÜLƏRİ OLAN TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
Builki imtahanlarda Sumqayıt məktəblərinin məzunlarından 93 nəfəri 600-dən çox bal toplamış, onlardan 11-i Prezident təqaüdçüsü olmaq şərəfinə layiq görülmüşdür. Bu nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin “Sumqayıt istedadlı, savadlı gənc oğlan və qızlar şəhəridir” sözlərini bir daha təsdiq edir.
Prezident təqaüdçülərinə gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olunmuşdur.