Prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Baş Prokurorluğun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü, 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar təşkil olunub.
Ağacəkmə aksiyasında Baş prokuror Kamran Əliyev, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, həmçinin hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak ediblər.
Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.