“PSJ” komandası Neymardan ötrü 300 milyon avro almaq niyyətindədir
Bakı, 20 iyun, AZƏRTAC
Fransanın “Pari Sen-Jermen” futbol klubu braziliyalı hücumçu Neymarın transferi üçün 300 milyon avro almaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, daha əvvəl yayılmış məlumata görə, Neymar 2013-2017-ci illərdə heyətində çıxış etdiyi İspaniyanın “Barselona” komandasına qayıda bilər. Lakin qeyd olunur ki, “PSJ” 27 yaşlı futbolçu üçün belə məbləğ müəyyən etməklə, onun başqa komandaya keçməsini mümkünsüz edir. Belə ki, heç bir klub indiki vaxtda bu qədər vəsaiti ödəməyə hazır deyil.
Neymar “PSJ”yə 2017-ci ilin yayında “Barselona” komandasından rekord məbləğ (222 milyon avro) müqabilində keçib. Fransa komandası ilə bu hücumçunun müqaviləsinin müddəti 2022-ci ilin yayında bitir. O, parislilərin heyətində bütün turnirlərdə keçirdiyi 58 görüşdə 51 qol və 29 nəticəli ötürmə ilə fərqlənib.
İyunun 6-da Braziliya və Qətər yığmaları arasında yoldaşlıq görüşündə (2:0) Neymar ayağından ciddi zədə aldığına görə bu günlərdə Braziliyada keçirilən Amerika Kubokunda iştirak edə bilməyib. Futbolçu milli komandada keçirdiyi 97 görüşdə qapıdan 60 top keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]