PUL KÜTLƏSİNİN HƏCMİ AZALMIŞDIR
Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dövriyyədə olan pul kütləsinin həcmi (M2 aqreqatı) noyabrın 1-nə 3963,9 milyard manat təşkil etmişdir. 2005-ci il oktyabrın 1-nə nisbətən pul kütləsinin həcmi 5,5 faiz azalmış, ötən ilin müvafiq dövrünə olan göstəriciyə nisbətən isə 28,1 faiz çoxalmışdır.
Həmin dövrdə pul kütləsinin 2826,4 milyard manatı nağd pul (M0 aqreqatı) vəsaitlərinin, 1137,5 milyard manatı isə nağdsız vəsaitlərin payına düşmüşdür. Ötən ilin eyni dövrü ilə müqayisədə nağd pul kütləsi 32,4 faiz, qeyri-nağd pul kütləsi isə 18,7 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:53]
Hərracda 12 nəqliyyat vasitəsi satılıb
- 07.10.2026 [14:07]