Qadın qılıncoynadanımız dünya çempionatında 13-cü olub
Bakı, 21 iyul, AZƏRTAC
Macarıstanın Budapeşt şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatının 6-cı günündə qadın sablyaçıların şəxsi yarışında əsas mərhələyə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, sablyaçılarımızdan Anna Başta 1/32 finalda Almaniya təmsilçisi Li Krugerə 15:10 hesabı ilə qalib gəlib. Anna növbəti mərhələdə İtaliya idmançısı İren Vecci üzərində 15:7 hesablı qələbə qazanmaqla dünyanın 16 ən güclü qadın sablyaçısı sırasına yüksəlib. Anna Başta 1/8 finalda fransalı Sesiliya Berderə 11:15 hesabı ilə uduzub. Anna dünya çempionatında 150-dən çox qadın sablyaçı arasında 13-cü olub. Digər sablyaçımız Valeriya Bolşakova isə 1/32 finalda İtaliya sablyaçısı Rossella Qreqorioya 10:15 hesabı ilə məğlub olub. Valeriya dünya çempionatını 45-ci sırada başa vurub. Digər sablyaçımız Səbinə Kərimova isə 1/32 finalda çinli Yaqi Şaoya 6:15 hesabı ilə uduzub. Səbinə yekun sıralamada 56-cı sırada qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]