Qadın sablyaçılarımız “Krakov-2023”ə uğurla start veriblər
Krakov, 27 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışına start verilib.
AZƏRTAC xəbər verir ki, təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova ( 5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-off mərhələsinə yüksəliblər.
Qrup mərhələsində bir qələbəsi olan Polina Kaspiaroviç isə mübarizəni dayandırmalı olub.