Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vurub
Bakı, 24 iyul, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb.
AZƏRTAC Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Ataman Güneyligilin rəhbərlik etdiyi komanda iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib.
Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib.
İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesablı ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib.
Xatırladaq ki, komandamız “Avro-2021”də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu.
Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]