Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz İslam Ordusu – Azərbaycan xalqının xilaskarı

Bakı, 7 sentyabr (AZƏRTAC). Türk dünyasının böyük xilaskarı Mustafa Kamal Atatürkün vaxtilə müdrikcəsinə ifadə etdiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” məşhur deyimi zaman keçdikcə daha aktual görünür. Bu müdrik fikir bir daha sübut edir ki, illər, qərinələr, əsrlər ötsə də, Azərbaycan ilə Türkiyəni bir-birinə bağlayan telləri heç bir qüvvə nə qıra, nə də sarsıda bilməyəcəkdir. Çünki ən çətin günlərimizdə Türkiyədən qardaş, dost köməyini gözləmişik və görmüşük. Elə ötən əsrin əvvəllərində olduğu kimi.

Şərqin İlk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin xilası və bir dövlət olaraq mövcudluğu, ən başlıcası isə xalqımıza qarşı mənfur qonşularımız tərəfindən zaman-zaman törədilən soyqırımı aktlarının ötən əsrin əvvəllərində dayandırılması məhz qardaş ölkədən gələn qanı bir-canı bir qardaşlarımızın səyi və inadkar mübarizəsi nəticəsində mümkün olmuşdur. Əgər belə olmasaydı, bəlkə də biz bu gün bir millət kimi yer üzündə mövcud deyildik. Bu baxımdan Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası Azərbaycanın istiqlal tarixində və milli müqəddəratının həllində mühüm rolu olan bir hadisə kimi tarixə düşmüşdür.

Tarixi faktlar göstərir ki, 1918-ci ilin əvvəlindən Azərbaycanın daxili və xarici vəziyyəti olduqca mürəkkəb idi. Bir tərəfdən bolşeviklər və onların əlaltıları olan erməni daşnakları, digər tərəfdən isə ingilislər Azərbaycan üzərində öz maraqlarını təmin etmək uğrunda mübarizə aparırdılar. Onların maraqlarını təmin edən xarici qəsbkarların və daxili düşmənlərin ölkəmizə qarşı qurduqları mənfur planlar Azərbaycan xalqının mövcudluğunu sual altına qoymuşdu.

Belə bir ağır tarixi şəraitdə yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyi və müstəqilliyi qorumaq üçün ilk növbədə ölkənin hərbi qüdrətini möhkəmləndirməli idi. Cümhuriyyətin qurucuları yaxşı başa düşürdülər ki, yalnız milli silahlı qüvvələrin yaradılması xalqı məhv olmaq təhlükəsindən xilas edə bilər. Təəssüf ki, yenicə formalaşmağa başlayan Azərbaycanın milli hökuməti obyektiv tarixi şərait ucbatından təkbaşına bu qlobal vəzifənin öhdəsindən gəlmək iqtidarında deyildi.

Azərbaycan Ordusunun yaradılması isə müxtəlif subyektiv və obyektiv səbəblərdən yubanırdı. 1918-ci ilin ortalarında ən böhranlı çağını yaşayan Osmanlı dövləti özünün dünya gücləri ilə üz-üzə qalmasına, mövcudluğunun sual altında olmasına baxmayaraq, öz ərazisinə və paytaxtına sahib çıxmağa çalışan, yenicə elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini savaş meydanında tək qoymaq fikrində deyildi.

Vəziyyətin son dərəcə gərgin olduğunu nəzərə alan milli hökumət dərhal qardaş Türkiyə dövlətinə müraciət edərək hərbi köməyin göstərilməsi barədə xahiş etmişdi.

Bu müraciətin nəticəsi olaraq Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında 1918-ci il iyunun 4-də Batumidə Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmış, bununla da Türkiyə Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlət olmuşdur. Lakin siyasi vəziyyətin gərginliyi və ölkənin işğal təhlükəsi böyük olduğundan, hələ bu saziş imzalanmazdan əvvəl Azərbaycana hərbi dəstəyin verilməsi məsələsi ortaya çıxmışdı.

Osmanlı dövlətinin görkəmli sərkərdələrindən olan Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş türk qoşunları azərbaycanlı sərkərdə Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan hərbi hissələri ilə birləşdirilmiş və beləliklə Qafqaz İslam Ordusunun əsası qoyulmuşdu.

Araşdırmalar göstərir ki, artıq 1918-ci ilin iyun-iyul döyüşlərində ümumi sayı 10 min nəfər olan Qafqaz İslam Ordusunun 6 min döyüşçüsü Osmanlı, 4 mini isə azəri türkü idi. Bakının erməni daşnak, bolşevik qüvvələrindən və digər xarici silahlı dəstələrdən azad edilməsi uğrunda son həlledici döyüşdə 8 min Osmanlı, 6 min nəfərdən artıq azəri döyüşçüsü iştirak etmişdir. Azərbaycanın о dövrdə təltif nişanlarının olmaması səbəbindən Qafqaz İslam Ordusu sıralarında vuruşmuş Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilmişlər.

Bolşevik-erməni, sonra isə ingilis-erməni qoşunlarına qarşı vuruşmuş Qafqaz İslam Ordusunun zabit və əsgərlərinin rəşadəti o dövrdə Azərbaycanın müstəqilliyini təmin edən başlıca amil olmuşdur. 1918-ci ilin iyununda yaranan Qafqaz İslam Ordusu Gəncəyə, oradan isə Bakı istiqamətində hərəkətə başlamış, mənfur düşmənlərlə qeyri-bərabər döyüşlərdə saysız şəhidlər vermişdir.

1918-ci il sentyabrın 15-i tarixə Bakının işğaldan azad olunduğu gün kimi daxil olmuşdur. Düz 95 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də cəsur türk sərkərdəsi Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Bununla da həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuşdur.

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir. Qəhrəman türk əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz hakimiyyətini ölkənin bütün hüdudlarında təmin etmişdir. Bununla da 1918-ci ilin martından başlayaraq erməni daşnaklarının və bolşeviklərin Bakıda və Azərbaycanın digər bölgələrində birgə həyata keçirdikləri qanlı qırğınlar və özbaşınalıqlar dayandırılmışdır.

Məlum olduğu kimi, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin əsas məğzi xalqımızı cismən məhv etmək və “dənizdən-dənizə böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. Amma türk qardaşlığı bu mənfur planın reallaşmasına imkan vermədi.

Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürüldü. Həmin gündən etibarən Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə başlanılmış, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirilmişdir.

Bakının işğalçı qüvvələrdən təmizlənməsi həm də Osmanlı türklərinin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da hərbi parad qəbul edərək təntənəli surətdə şəhərə daxil olan Nuru Paşa Bakıda qalmış rus-bolşevik zabitləri ilə hörmətlə davrandı. O, nəinki Nargin adasında türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almadı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailələrinə maddi yardım göstərilməsini təmin etdi.

Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi xalq üçün əsl bayram olmuşdu. Həmin zəfər günlərində məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev indiki Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının binasında türk ordusunun şərəfinə təntənəli ziyafət vermişdir. Görkəmli xeyriyyəçi Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etmişdir.

Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü olaraq yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmamış, onu daim qəlbində yaşatmışdır.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid vermişlər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə təntənəli anma mərasimləri keçirilir. Qədirbilən Azərbaycan xalqının mövqeyi bundan ibarətdir ki, həmin tarixi gündən yüz, hətta min illər ötsə də, Türkiyə ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, millətimiz tərəfindən daim dərin minnətdarlıq hissi ilə xatırlanacaqdır.

Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa qəhrəmanlıqla döyüşərək Bakını azad edən igid türk əsgərlərinin böyük xidmətini yüksək qiymətləndirirdi. O, Bakını azad etmələri münasibətilə bütün diviziyalara göndərdiyi təbrik məktubunda yazırdı: “... İlk piyada hücumunu uğurla yerinə yetirən 9 və 56-cı alaylara, düşmən qüvvələri üstün olduğu halda hücumla qısa zaman ərzində Biləcərinin yüksəkliklərini ələ keçirən 38-ci alaya xüsusi təşəkkürümü bildirirəm. 56-cı alayın topçu atəşi müşayiəti olmadan düşmənin iki xəttini işğal etməsi təqdirəlayiq haldır. Buna görə alay komandiri minbaşı Fəhmi bəyin yarbay rütbəsi ilə təltif olunması barədə Hərbiyə Nazirliyinə təqdimat verdim. Bu döyüşlərdə fərqlənən zabit və sıravilərin təyin olunaraq, 17 sentyabr axşamına qədər Ordu Komandanlığına göndərilməsini xahiş edirəm”.

Bir çox çətinliklərə sinə gərərək və son damla qanını axıdaraq, bu parlaq nəticəni əldə edən qəhrəman türk əsgəri özündən asılı olmayaraq bu torpaqları boşaltmaq məcburiyyətində qaldı. Azərbaycanda arxasınca gözü yaşlı qardaşlarını, həqiqi türkləri qoyaraq, yenə Qara dəniz sahilinə və buradan da evinə döndü. Anadolu türkləri ilə Qafqaz türklərinin, Azərbaycanın müstəqilliyi və gələcəyi üçün etdikləri çətin və qanlı müharibələr, mübarizələr, nəsildən-nəslə yaddaşlara ötürüləcək, min illər boyu unudulmaz bir dastan halında yaşadılacaqdır.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri-

Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib