QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ ÜÇÜN YENİ İNZİBATİ BİNA TİKİLİR
Bu məqsədlə “Təzəpir” məscid kompleksinin digər hissəsində QMİ üçün yeni inzibati binanın təməli qoyulmuşdur. Memar V.Məmmədovun layihəsi əsasında Şərq memarlığı üslubunda tikiləcək bina müasir tələblərə cavab verəcəkdir. Layihədə iş otaqları ilə yanaşı, konfrans salonu, kitabxana, arxiv, kompyuter və muzey mərkəzləri də nəzərdə tutulmuşdur. Bakı İslam Universiteti də yeni binada yerləşəcəkdir.
Binanın tikintisi dövlət tərəfindən qorunan tarix-memarlıq abidəsi ətrafında aparıldığından, təməlbərkitmə işlərinə xüsusi diqqət verilir. Ona görə də tikinti işləri Fövqəladə Hallar Nazirliyi, seysmologiya və hidrogeologiya mütəxəssislərinin nəzarəti altında aparılır.
Obyekt 2008-ci ilin birinci yarısında istifadəyə veriləcəkdir.