QAFQAZ ŞƏBƏKƏSİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Görüşdə insan hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması istiqamətində ombudsmanın fəaliyyəti barədə şəbəkənin təmsilçilərinə ətraflı məlumat verilmişdir.
Şəbəkənin Bakı dayaq nöqtəsinin əlaqələndiricisi R.Yüzbaşova bu təşkilatın fəaliyyət istiqamətlərindən, məqsəd və vəzifələrindən danışmışdır. O bildirmişdir ki, şəbəkənin Cənubi Qafqaz respublikalarında və Stavropol diyarında yaradılmış dayaq nöqtələri bu regionlardakı QHT-lərin fəaliyyətini əlaqələndirir, birgə layihələrin həyata keçirilməsinə kömək göstərir.
Ombudsmanın nümayəndəsi bu şəbəkə ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasını, birgə layihələr üzrə məşğələ-seminarların keçirilməsini təklif etmişdir.
Xatırladaq ki, 2002-ci ilin sentyabrında Danimarka Qaçqınlar Şurasının təşəbbüsü ilə Soçi şəhərində yaradılmış CRİNGO Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin etməyə yönəlmiş 60 qeyri-hökumət təşkilatını birləşdirir.