Qahirədə yaşayış binasının çökməsi nəticəsində 7 nəfər ölüb
Qahirə, 13 mart, AZƏRTAC
Əlverişsiz hava şəraiti, sel və daşqınlar nəticəsində Misir paytaxtının Helvan rayonunda qəzalı vəziyyətdə olan yaşayış binasının çökməsi nəticəsində 7 nəfər həlak olub.
Hadisə ilə əlaqədar Qahirə prokurorluğu təhqiqat aparır.
AZƏRTAC xəbər verir ki, Misirin Sosial Həmrəylik Nazirliyi qəza bölgəsinə Qırmızı Aypara Cəmiyyətinin xilasetmə dəstəsini göndərib. Yaralanan sakinlərə tibbi və ərzaq yardımları göstərilib.
Qahirənin Əl-Zarayeb rayonunda da güclü külək və sel nəticəsində evsiz-eşiksiz qalmış 250 ailəyə ərzaq və çadırlar göndərilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]