Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanunsuz erməni silahlıları ərazimizdə təhlükə mənbəyi kimi qalmaqdadır - Açıqlama

Qanunsuz erməni silahlıları ərazimizdə təhlükə mənbəyi kimi qalmaqdadır -  Açıqlama

Bakı, 26 avqust, AZƏRTAС

Ermənistan son günlər təxribatlarını intensivləşdirib. Təxribatlar həm iki ölkənin şərti sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində həyata keçirilir. Azərbaycanla Ermənistan arasında gərginliyin artması dəfələrlə proqnozlaşdırılırdı. Buna da səbəb Ermənistanın hərbi-siyasi rəhbərlərinin və onların havadarlarının qeyri-konstruktiv mövqeyi, sülh müqaviləsinin imzalanmasını ləngitməsi, bu ölkənin silahlandırılması və regionda gərginliyin saxlanılmasının marağında olan qüvvələrin aktivləşməsidir. Sülh sazişinin imzalanması prosesi, Rusiya, Qərb və ABŞ-da danışıqlar platformasının aktivləşdiyi zamanda Azərbaycan öz konkret fəaliyyəti ilə Ermənistanın manipulyasiya imkanlarını məhdudlaşdırır. Belə olduğu halda Ermənistan rəhbərliyi və onun havadarları, regionu gərginlikdə saxlamaq istəyən qüvvələr fəallaşıb.

Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.

“Ermənistan üçün sülh müqaviləsinin imzalanmamasının, gərginliyin saxlanılmasının yeganə yolu məhz atəşkəsin pozulmasıdır. Son zamanlar görürük ki, atəşkəsin pozulma coğrafiyası genişlənib. Əgər əvvəllər Azərbaycan Müdafiə Nazirliyi bir istiqamətdə Ordumuzun mövqelərinin atəşə tutulması barədə məlumat yayırdısa, indi artıq iki ölkənin şərti sərhədində, hətta Naxçıvan istiqamətində, digər tərəfdən isə Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlı qüvvələrinin yerləşdiyi ərazidə atəşkəs pozulur, təxribatlar törədilməyə cəhd göstərilir. Əlbəttə, Azərbaycan Ordusu bütün bunlara soyuqqanlıqla adekvat cavab verir. Ancaq bu təxribatların hamısı ümumiyyətlə vəziyyətin gərginləşməsinə gətirib çıxarır”, - deyə hərbi ekspert bildirib.

Ş.Ramaldanovun fikrincə, hazırda müxtəlif platformada sülh müqaviləsinin imzalanması barədə müzakirələr aparılır. Ancaq buna baxmayaraq, böyük təsirə malik olan Rusiya, Qərb və ABŞ kiçik Ermənistanı sülh müqaviləsinin imzalaması ilə bağlı konkret addımlar atmaq üçün məcbur etmir. Digər tərəfdən də bu platformalarda fəallığın artması zamanı görürük ki, həmin ölkələr proseslərə bir addım önə, iki addım arxaya prinsipi ilə yanaşırlar. Bu ilin sonlarına qədər sülh sazişinin imzalanması ilə bağlı konkret nəticələrin əldə olunacağına ümid var. Ancaq bütün bu səylər məhz Ermənistan və yaxud bölgədə sülh istəməyən qüvvələr tərəfindən atəşkəsi pozmaqla, təxribat törətməklə boşa çıxır. Həmçinin müəyyən radioelektron qurğuları aktivləşdirməklə təyyarələrə təsir göstərilir. Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdiyi Azərbaycan ərazilərində texniki müşahidə vasitələrinin sayı çoxaldılır. Eləcə də gərginliyə səbəb olan müdafiə sədləri yaradılır, ordumuzun mövqelərinə yaxın uzunmüddətli yerləşdirilən fortifikasiya qurğularının sayı artırılır, minalanma və mühəndis-istehkam işləri görülür.

Digər səbəb gələcəkdə Cənubi Qafqaz regionunda vəziyyəti yenidən gərginləşdirmək, silahlı qarşıdurmaya gətirib çıxarmaqdır. Ermənistanın bu addımları atırsa, o təqdirdə hansısa sülh müqaviləsi imzalamaqdan söhbət gedə bilməz. Yenə də proses uzanacaq. Burada böyük dövlətlər regiondakı öz maraqlarını müəyyən şəkildə təmin etməyə çalışacaqlar. Bunlar Azərbaycanın maraqlarına uyğun deyil və ikili standartlarda özünü göstərir. Ona görə də sərhəddə vəziyyət gərgin olaraq qalır.

“Eyni zamanda, qanunsuz silahlıların Qarabağdan çıxarılması ilə bağlı üçtərəfli birgə Bəyanatının dördüncü bəndi yerinə yetirilmir, Rusiya sülhməramlı qüvvələri onları himayə edir, təhlükəsizliyini təmin etməsi məqsədilə müşayiət edir. Bu onu göstərir ki, Qarabağda məhz sülhü qorumağa çağırılan və yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti tam əksinə fəaliyyət göstərərək bütün müsbət prosesləri əngəlləməklə məşğuldur. Üç ilin ötməsinə baxmayaraq, reinteqrasiya məsələləri hələ də başlamayıb. Baxmayaraq ki, Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər dəfələrlə Azərbaycan vətəndaşlığına qəbul olmaq istəyi haqqında müraciətlərini bildiriblər”, - deyə ehtiyatda olan polkovnik vurğulayıb.

Ş.Ramaldanovun sözlərinə görə, Qarabağda yaşayan ermənilər ərazidəki terrorçuların, separatçıların və onları himayə edən Rusiya sülhməramlı qüvvələrinin girovuna çevriliblər. Hazırda Azərbaycan ərazisində təhlükə mənbəyi olan qanunsuz erməni hərbi birləşmələrinin tərk-silah olunması, onların Azərbaycandan çıxarılması məsələsi daha ciddidir və burada Azərbaycanın güclü iradəsi ortaya qoyulub. Bu təhlükə ilə ölkəmiz daim yaşaya bilməz. Azərbaycanın Vətən müharibəsində şanlı Qələbə qazanmasına, ərazi bütövlüyünü bərpa etməsinə, Ermənistanın işğalçı ordusunu darmadağın etməsinə baxmayaraq, indi də həmin qanunsuz silahlılar ərazimizdə təhlükə mənbəyi kimi qalır. Hazırda həmin terrorçuların silahı Azərbaycan əsgərinə, dinc əhalisinə, yaşayış məntəqələrinə tuşlanıb. Belə olan halda Azərbaycan dövləti təhlükəsizliyini təmin edəcək.

“Hələ ki, bütün məsələləri danışıqlar yolu ilə həll etmək istəyən Azərbaycan güc variantını da istisna etmir. Əgər müzakirələrin limiti bitərsə və sərhəddə vəziyyət gərgin olaraq qalarsa, Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində antiterror əməliyyatı apararaq bu təhlükəni aradan qaldırmalı olacaq. Dövlətimiz gördüyü işlərlə iradəsini göstərir ki, o sülhün tərəfdarıdır, digər tərəfdən də öz vətəndaşlarının təhlükəsizliyi üçün tədbirlər görəcəyini və qanunsuz silahlıları Azərbaycandan təmizləyəcəyini gizlətmir.

Əgər qarşı tərəf yenə də şərti sərhəddə ölkəmizin yaşayış məntəqələrinə və dinc əhaliyə təhlükə yaradarsa, o təqdirdə Azərbaycanın güc tətbiq etmək hüququ var. Azərbaycan ərazisində terrorçuların yerləşdirdiyi radioelektron vasitələr ordumuz üçün legitim hədəflərdir və bölmələrimiz ermənilərin müşahidə qurğularını məhv etməyə davam edəcək. Azərbaycan qarşıda qoyulan məqsədlərə nail olmaq, öz maraqlarının müdafiəsini, sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə bundan sonra lazımi bütün addımları atacaq”, - deyə ekspert diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyasının həyata keçirilməsi ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını və səviyyəsini bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub