Qanunsuz yolla əldə edilmiş meşə materialları aşkarlanıb
Bakı, 13 fevral, AZƏRTAC
Qanunsuz yolla əldə edilmiş meşə materialının daşınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan məlumat əsasında fevralın 12-də Cəlilabad və Masallı meşə mühafizəsi və bərpası müəssisələri, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə operativ reyd keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı Masallı və Cəlilabad rayonları ərazisində Lənkəran rayon Narbağı kənd sakini Rahim Həsənova məxsus “Shacman” markalı 99-JG-435 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində gizlətmək məqsədilə üzəri qumla örtülən, qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Saxlanılan yük maşını Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib. Meşə materialının Lerik rayonundan gətirilməsi ehtimal olunur və hazırda tədqiqat aparılır.
Nazirlikdə təəssüflə qeyd ediblər ki, mütəmadi olaraq aparılan qabaqlayıcı tədbirlərə baxmayaraq, gizli və oğurluq yollarla əldə edilmiş meşə materiallarının daşınması halları baş verir. Bu cür halların qarşısını almaq məqsədilə respublika ərazisində reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]