“QARABAĞ” 16 İLLİK FASİLƏDƏN SONRA AĞDAMA QAYIDIR
Bakı, 22 aprel (AZƏRTAC). “Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının son 2 ev oyununu, həmçinin ölkə kubokunun təkrar yarımfinal qarşılaşmasını Ağdamın Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində keçirəcək. Bu barədə Peşəkar Futbol Liqasından (PFL) bildirmişlər.
PFL-in nümayəndələrinin stadionda apardığı təftişdən sonra arena oyunların keçirilməsi üçün yararlı hesab edilmişdir. Ot örtüyü ilə bağlı kiçik çatışmazlıqlar var ki, “Qarabağ” klubu bunları tezliklə aradan qaldıracağını öz öhdəsinə götürmüşdür. “Qarabağ” sonuncu dəfə Ağdamda 16 il əvvəl çıxış etmişdir.
Beləliklə, Premyer Liqanın 22-ci turu çərçivəsindəki “Qarabağ” - “İnter” oyunu Ağdamda keçiriləcək. Görüşün AzTV ilə canlı yayımlanacağı nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]