“Qarabağ” - "Aberdin" matçında birinci hissə sona çatıb
Bakı, 19 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Aberdin” komandaları arasında oyunun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, matçda hesabı 30-cu dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Xayme Romero açıb.
Tofiq Bəhramov adına Respublika stadionunda start götürən matç Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviçdir.