“Qarabağ” futbol komandasının qapıçısı Fərhad Vəliyevin quru seriyası qırılmışdır
Bakı, 6 noyabr (AZƏRTAC). Ağdamın “Qarabağ” futbol komandasının qapıçısı Fərhad Vəliyevin quru seriyası qırılmışdır.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirmişlər ki, ardıcıl 5 matçdır qapısından top keçirməyən qolkiper Topaz Premyer Liqasının XII turunun “Qəbələ” ilə görüşündə 3 qol buraxıb. F.Vəliyevin seriyasını 72-ci dəqiqədə Lorenso Ebesilio qırmışdır.
Sonuncu dəfə VI turun “Rəvan”la səfər oyununda qol buraxan qapıçını həmin qarşılaşmanın 20-ci dəqiqəsində Sebastyan Kastro-Tello məyus etmişdi. Qapıçının quru seriyası 592 dəqiqə sürmüş və qapıçı mövsümün rekordunu yeniləmişdir.
Dünyanın ən uzun quru seriyalarının yer aldığı IFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) siyahısına düşmək üçün F.Vəliyevin 68 dəqiqəsi çatmamışdır. Belə ki, daha 1 saat 8 dəqiqə qapısını toxunulmaz saxlayacağı halda o, 660 dəqiqə səddini fəth edənlərin sırasına qoşulacaqdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]