“Qarabağ” klubunun prezidenti: İnanıram ki, bu möhtəşəm oyunu Bakıda da görəcəyik
Bakı, 25 avqust, AZƏRTAC
“Qarabağ”ın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının III təsnifat mərhələsində Sloveniyada “Olimpiya” komandasına qalib gəldikləri ilk oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.
Türkiyəli funksioner bildirib ki, 2:0 hesabı böyük üstünlükdür: “Amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var. Çox istərdim ki, xalqımız dünənki qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnanıram ki, bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu qüruru hamımız birlikdə yaşayacağıq”.
Qeyd edək ki, cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]