QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜNFƏRDİ EVLƏR TİKİLİR
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti ilə Qax rayonunun Əmircan, Zaqatala rayonunun Qandax kəndlərində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş ikinci qrup əlillər Vüqar Qudayev və Zülfüqar Hüseynov üçün fərdi evlərin tikintisinə başlamışdır.
Nazirliyin 21 saylı zona idarəsindən verilən məlumata görə, ev sahiblərinə yeni mənzillərin açarları ilin sonunadək təqdim ediləcəkdir.