Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələri üzrə hazırkı vəziyyətlə bağlı məlumat yayıb.
“Zəfər Yolu”
Texniki göstəriciləri: 101.5 kilometr, II texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 100 faiz, yol geyimi 100 faiz, boru və keçidlərin tikintisi işləri 100 faiz, körpülərin tikintisi 100 faiz, beton küvet, qanov və drenaj işləri 100 faiz.
Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu
Texniki göstəriciləri: 81.6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-63 və 70-71-ci kilometr hissələrdə torpaq yatağının tikintisi, 1, 27,34, 37 və 50-ci kilometrdə körpülərin, 80 və 81-ci kilometrdə tunellərin və alt keçidlərin tikintisi aparılır.
Toğanalı - Kəlbəcər - İstisu avtomobil yolu
Texniki göstəriciləri: yol - 80.7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 11.6 kilometr.
Görülmüş işlər: 7 kilometr Toğanalı kənd yolunda asfalt-beton örtük tikilib, 48 kilometr mövcud yol genişləndirilib və hərəkətə yararlı vəziyyətə gətirilib, 14 kilometr hissəsinə asfalt-beton örtük döşənib, Murovdağ tunelində qazma işləri davam etdirilir.
Kəlbəcər- Laçın avtomobil yolu
Texniki göstəriciləri: yol - 72.3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9.8 kilometr.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 10 faiz icra olunub.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
Texniki göstəriciləri: 30 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 faiz icra olunub, yol nişanları 80 faiz quraşdırılıb.
Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolu
Texniki göstəriciləri: 123.8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-23, 50-66-cı kilometr hissələrində torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 17 faiz, boru və keçidlərin tikintisi 12 faiz, körpülərin tikintisi 10 faiz icra olunub.
Xudafərin - Qubadlı - Laçın avtomobil yolu
Texniki göstəriciləri: 70.4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 kilometr, Xanlıq istiqamətində 0-1 və 5-14 kilometr hissədə torpaq yatağı tikilmiş, 1 və 22-ci kilometrdə körpü tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 36 faiz, yol geyimi - 5 faiz, boru və keçidlərin tikintisi 37 faiz, körpülərin tikintisi 29 faiz icra olunub.
Qubadlı - Eyvazlı avtomobil yolu
Texniki göstəriciləri: 26 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8-ci kilometrində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 43 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 51 faiz, yol geyimi 9 faiz, boru və keçidlərin tikintisi 52 faiz, körpülərin tikintisi 49 faiz icra olunub.
Füzuli - Hadrut avtomobil yolu
Texniki göstəriciləri: 13 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 5 kilometr hissəsində torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.
Bərdə - Ağdam avtomobil yolu
Texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
Görülmüş işlər: torpaq işləri 42.5 faiz, yol geyimi 6.8 faiz, boru və keçidlərin tikintisi işləri 28.2 faiz, körpülərin tikintisi 81.2 faiz icra olunub.
Talış - Tapqaraqoyunlu - Qaşaltı - Naftalan avtomobil yolu
Texniki göstəriciləri: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
Görülmüş işlər: 0-6 kilometr hissəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, həmin hissədə torpaq yatağı, su ötürücü borular və yolun əsası, ilk 1.8 kilometr hissədə asfalt-beton örtük tikilib,15-22 kilometr hissədə deformasiyaya uğramış örtük qazılaraq çıxarılıb.