Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı erməni saxtakarlığına tutarlı cavabdır

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan tarixini özündə yaşadan bir saxsı parçası da bizim üçün əvəzsizdir. Bu tarixi yazıb nəsildən-nəslə ötürən tarixçilər olsa da, onun saxlanc yeri muzeylərdir. Bu gün xalqımızın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, yaşam tərzini, düşüncə və inanclarını özündə yaşadan elə sənət nümunələri var ki, onlar nəinki yerli, hətta yaxın-uzaq ölkələrin muzeylərində də qorunub saxlanılır. Yüzilliklərin o üzündə baş qaldıran səsləri, əfsanəyə dönmüş həqiqətləri özündə yaşadan tarix nümunələrinin toplanılaraq nəşr edilməsi isə çox vacib və əhəmiyyətli məsələdir. Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Şuşa İli”ndə çap olunan “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitab-albom bu ilə layiqli töhfə olmaqla yanaşı, tariximizin öyrənilməsində dəyərli mənbədir.

AZƏRTAC xəbər verir ki, həmin kitab-albom professor Eldar Nadiradzenin rəhbərliyi altında bir qrup gürcü alimin iştirakı ilə hazırlanıb. Kitab Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Xarici İşlər Nazirliyinin dəstəyi ilə 5 dildə - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində nəşr olunub.

Nəşrdə XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyalar zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanılığına aid olan 300-dən çox artefaktın rəsmi toplanıb. Nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığı və onun zəngin mədəni irsinə artan beynəlxalq marağın daha bir göstəricisidir. Kolleksiya XIX əsrdə və XX əsrin əvvəlində Qarabağa təşkil edilmiş elmi ekspedisiyalar zamanı toplanaraq Rusiya imperiyasının Tiflis şəhərindəki arxivlərinə göndərilən, hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı eksponatların bir hissəsindən ibarətdir.

Bu artefkatların (xalçalar, silahlar, rəsm əsərlari, qab-qacaqlar və s.) əsasında müəllif Qarabağ xanlığı dövründə yaşamış Azərbaycan xalqının mədəni irsinin - silah və qələmin, zadəgan nəsillərin şan-şöhrətinin və ən xəfif poeziyanın parlaqlığının, ruhani yüksəlişin və yaradıcı inkişafın şərəfli dövrünün zənginliyini və müxtəlifliyini göstərə bilib.

Tbilisi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Dimitri Şvelidzenin kitaba yazdığı “Ön söz”də oxuyuruq: “Fotoalbom şəklində hazırlanan bu kitab, şübhəsiz ki, Qarabağın ürəyi, Azərbaycanın Şuşa şəhərinin bu il həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda geniş qeyd olunan 270 illik yubileyinə yaxşı hədiyyə olacaq. Professor E.Nadiradzenin rəhbərliyi altında bir qrup tədqiqatçı və ekspert tərəfindən hazırlanan bu nəşrdə Tbilisidə Gürcüstan Milli Muzeyində saxlanılan Qarabağın mədəni irsinə aid nadir fotoşəkillər vǝ artefkatlar toplanıb. Muzey 1852-ci il mayın 10-da imperator Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsi tərəfindən yaradılmış və 1867-ci ildə alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Burada yerləşdirilən kolleksiyaların toplanmasında 1875-ci, 1905-ci və 1912-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində aparılan ekspedisiyaların böyük əhəmiyyəti olmuşdur. Toplanmış materiallar indiyədək Muzeydə saxlanılan ən zəngin kolleksiyanın əsasını təşkil edib”.

Professor D.Şvelidzenin “Ön söz”də qeyd etdiyi kimi, kolleksiyanın ilkin formasını qorumaq üçün kitabda Yelizavetpol (Gəncə) quberniyasının nadir köhnə fotoşəkilləri də yer alıb. Bu tədqiqat kataloqu təkcə Qarabağın Azərbaycan irsi haqqında biliklərin artırılmasına deyil, həm də bu sahədə Azərbaycan-Gürcüstan elmi əlaqələrinin dərinləşməsinə xidmət edəcək.

“Son 10 ildə layihələri və dəstəyi ilə bu sahədə intibaha səbəb olan Heydər Əliyev Fonduna xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Eyni zamanda, bu unikal nəşrin çapına dəstək verən və öz yardımını əsirgəməyən hər bir kəsə də ayrılıqda təşəkkür edirəm”, - deyə gürcü alim qeyd edib.

Çox unikal mədəni irsimizin göstəricisi olan nəşrdə Qarabağa aid xalça, silah, məişət və s. əşyaların fotoları yer alıb. Yeri gəlmişkən, qeyd edək ki, belə bir kitabın nəşri ilk iş deyil. İrəvan xanlığı haqqında da belə kitab nəşr edilib, Bakı xanlığına dair də kitab hazırlanır. Vaxtilə Qafqaz muzeyində saxlanan artefaktlar tədricən aşkar olunacaq. Bu işdə Heydər Əliyev Fondunun çox böyük xidməti var. Eləcə də Azərbaycanın Xarici İşlər Nazirliyi də bu prosesə fəal dəstək verir.

Ən maraqlı məsələlərdən biri də odur ki, bu artefaktlar Gürcüstan Milli Muzeyinin arxivinə təhvil verildikdən sonra müəyyən səbəblərdən heç vaxt açılmayıb və bir əsrdən artıq müddətdə arxivdə kataloqlaşdırılmadan saxlanılıb, indi araşdırılaraq ilk dəfə nəşr olunub. Tapılmış bu artefaktların tarixi və mədəni əhəmiyyəti Qarabağın Azərbaycan kimliyini maddi sübut və faktlarla sübuta yetirməsindən və Qarabağın erməni kimliyi haqda siyasi dəllallığı təkzib etməsindən ibarətdir.

Kitabda maraqlı faktlardan biri də Qarabağ xanlığının bayrağıdır. Bu nadir bayraq Azərbaycan irsinə aid olan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan çoxsaylı artefaktlardan biridir. Bayrağın üzərində Günəş və Aslan təsvirləri var. Bu ikili simvol - Qızılbaş dövləti və Səfəvi sülaləsinin rəsmi rəmzlərindən biri olub. Burada Günəş taxt, şir isə taxtın keşikçisi anlamına gəlir. Bununla yanaşı, aslan təsvirləri günəş və aydınlıq simvolu olaraq qədim türk inancında geniş yer alır. Beləliklə, gürcü arxivlərində tapılan və Qarabağ xanlığına aid edilən bu ilk bayraqdan da göründüyü kimi, Qarabağ xanlığı məhz tarixi Qızılbaş-Azərbaycan dövlətçiliyi ənənəsinin davamı olub.

Kitab-albomdan seçilmiş artefaktlar arasında Qarabağ xanlığına aid edilən bayraqla yanaşı, Qarabağ xanları sülaləsi tərəfindən qorunmuş Şah İsmayılın qalxanı, həmçinin XIX əsr Şuşa şəhərinin görüntülərini əks etdirən fotolar xüsusi maraq doğurur.

Mühüm faktların yer aldığı bu nəşr Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təkzibolunmaz faktlarla sübut edir. Kitabda təqdim olunan fotofaktlar bölgədə yaşayan əhalinin necə yüksək inkişaf səviyyəsində olmasını göstərir və erməni saxtakarlığına tutarlı cavabdır.

Kitab Qarabağın tarixi ilə maraqlanan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün xüsusi maraq kəsb edir. Bu tarixi-mədəni irs aşkarlandıqca onun yarandığı bölgə və orada yaşayan insanların milli kimliyi meydana çıxır. Bunların da hər biri Azərbaycan reallığını əks etdirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər