“Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımırıq” - Dövlət Departamenti
Bakı, 11 sentyabr, AZƏRTAC
Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq, eyni zamanda, orada keçirilən qondarma “prezident seçkiləri”ni də tanımırıq.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqində deyib.
Dövlət Departamentinin mətbuat katibi bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken tərəfləri gərginlik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb.
Metyu Miller vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir: “ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məsələlərin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [14:54]
Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]