“Qaradağ-Lökbatan” komandası “Şərurspor”a qalib gəlib
Bakı, 10 fevral, AZƏRTAC
“Qaradağ-Lökbatan” futbol komandası təlim-məşq toplanışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantı ikinci dövrəyə hazırlıq məqsədi daşıyır. Futbolçular təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoldaşlıq oyunu da keçirib.
Komanda Lökbatanda növbəti yoxlama oyunu çərçivəsində birinci divizionda mübarizə aparan “Şərurspor”u qəbul edib. “Qaradağ-Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmada meydan sahibləri 4:1 hesablı qələbə qazanıblar. Lökbatan təmsilçisinin heyətində Sabir Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə fərqləniblər.
Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində “Qaradağ-Lökbatan” iki yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Bu qarşılaşmalarda komanda “Bakılı”nı 1:0, Azərbaycanın U-19 millisini isə 2:0 hesabı ilə məğlub etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]