Qaradağ rayonunda DYP əməkdaşları avtomobildə narkotik vasitə aşkarlayıblar
Bakı, 3 aprel, AZƏRTAC
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin Qaradağ rayonu ərazisindəki stasionar postunda nəzarət qaydasında saxlanılan avtomobilin sərnişinin hərəkətləri şübhə doğurduğu üçün diqqət çəkib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən avtomobildən düşürülən paytaxt sakini İsmayıl İsgəndərovun üzərindən 8 qrama yaxın, sərnişini olduğu “Renault” markalı avtomobilə baxış zamanı isə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxs sonrakı araşdırma üçün aidiyyəti üzrə təhvil verilib.