QARAMALIN BAŞ SAYI ARTIR
Bakı, 27 avqust (AZƏRTAC). Almaniyadan ölkəmizə gətirilən cins heyvanlar artım baxımından öz xeyrini verməkdədir.
Yaradılmış şərait və düzgün qulluq nəticəsində xeyli artım əldə edilmişdir. Ölkəmizə gətirilən cins qaramalın sayı 770 başdır. Onlardan 197-si “Şves”, 150-si simmental, 429-u isə isə holland cinsi olan qara-ala inəklərdir. Heyvanlar 34 rayonun kəndli fermer təsərrüfatlarına satılmışdır. Yeri gəlmişkən, Avropadan gətirilən qaramal yerli iqlim şəraitinə tez uyğunlaşmışdır.
“Aqrolizinq” Səhmdar Cəmiyyətindən bildirmişlər ki, fermer təsərrüfatlarında olan qaramalın 80 faizə qədəri artıq bala vermişdir. İndi təsərrüfatlarda 500 başa yaxın normal, damazlıq buzovlar vardır. Daha 100 buzovun isə doğulacağı gözlənilir. Heyvanların süd verməsi də, gözlənildiyi kimi, artmışdır. İlk dövr üçün inəklər sutkada 20-25 litr süd verirlərsə, ikinci və üçüncü laktasiya dövründə məhsuldarlıq 35-40 litrə qədər artacaqdır. Lakin bəzi təsərrüfatlarda zootexniki qaydalara əməl edilməməsi də qeydə alınmışdır. Belə təsərrüfatların sahiblərinə müvafiq xəbərdarlıq edilmişdir.
Bununla yanaşı, hazırda yerlərdə cins qaramalın gətirilməsi üçün yeni sifarişlər qəbul edilir. Ümumiyyətlə, təsdiq olunmuş 2008-ci ildən başlayan Dövlət proqramına əsasən hər il 5-8 min baş olmaqla, 2015-ci ilədək ölkəmizə 40 min baş qaramalın gətirilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]