QARAQANDADA AZƏRBAYCANLILARIN XATİRƏSİNƏ ABİDƏ UCALDILACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov Qaraqanda vilayətindəki “Namus” Azərbaycan Mədəniyyət Mərkəzinin üzvləri ilə görüşmüşdür.
Səfir Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin inkişaf perspektivlərindən danışmış, respublikamızda həyata keçirilən islahatlardan, dövlətimizin başçısının diasporumuza qayğısından söhbət açmışdır. Bildirmişdir ki, Qaraqandada Azərbaycan Mədəniyyət Mərkəzi üçün binanın tikilməsi ilə əlaqədar torpaq sahəsinin ayrılması istiqamətində danışıqlar gedir. Səfir bu məsələnin müsbət həll olunacağını vurğulamışdır. Lətif Qəndilov, Qaraqanda yaxınlığındakı Spassk rayonunda bu bölgəyə sürgün olunmuş azərbaycanlıların xatirəsinə abidə ucaldılacağını bildirmişdir.
Mədəniyyət Mərkəzinin sədri Aqif Məmmədov vilayətdəki diasporumuzun fəaliyyəti barədə səfirə məlumat vermiş, qayğı və problemlərdən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]