Qatarı irəli çəkən pəhləvan: Performansımı Ulu Öndərin 100 illiyinə həsr edirəm VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də Keşlə stansiyasında yerləşən dəmir yolunda pəhləvan qatar çəkib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın fəxri xalq pəhləvanı Əliyar Musayev əl barmaqları ilə qatarı irəli aparıb.
“Ginnesin Rekordlar kitab”ına düşmək istəyən pəhləvan deyib: “Uzun illərdir ki, Azərbaycanın qədim idman növü olan pəhləvanlıqla məşğul oluram. Əsas məqsədim Azərbaycanı dünyada layiqincə təmsil etməkdir. Bugünkü performansımı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edirəm. Bu ənənəni uzun müddət davam etdirəcəyəm”.