QAX ŞƏHƏRİNƏ YENİ SU KƏMƏRİ ÇƏKİLƏCƏKDİR
“Azərdövlətsukanallayihə” İnstitutu tərəfindən hazırlanmış bu layihəyə əsasən şəhərə yeni içməli su kəməri çəkmək üçün dağlıq zonada yerləşən Çinarlı kəndinin ərazisindən axan Qum çayının hövzəsində təzə su-drenaj şəbəkəsi tikmək nəzərdə tutulur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qurğunun tikintisi üçün layihə-smeta sənədləri artıq hazırdır. Tikintini aparacaq təşkilatı müəyyənləşdirmək üçün tezliklə tender elan ediləcəkdir.
Yeni su xətti şəhər əhalisini içməli su ilə fasiləsiz təmin edəcəkdir.