Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qax ziyalısı: Ulu Öndər Tanrının Azərbaycan xalqına bir lütfi idi

Qax ziyalısı: Ulu Öndər Tanrının Azərbaycan xalqına bir lütfi idi

Qax, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin, konkret dövlət modelinin gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Bu bir tarixi həqiqətdir: güclü, qətiyyətli, vətənpərvər və müdrik lideri olmayan xalqı hətta real imkanlar da belə öz müstəqilliyinə qovuşdura bilmir. Xalqımızın əsrlər boyu həsrətində olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali məqsədlərinin gerçəkləşməsi üçün Tanrı Heydər Əliyev kimi bir dühanı Azərbaycan xalqına bəxş etdi. O dühanın işığında Azərbaycan nura qərq oldu.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qax ziyalısı, rayonda çıxan “Şəlalə” qəzetinin redaktoru, “Tərəqqi” medallı jurnalist Xavər Əfəndiyeva söyləyib.

Müsahibimiz deyib: “Müasir dövlətçilik tariximiz məhz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin şanlı salnaməsidir. Bu salnamənin hər sətrində Heydər Əliyev şəxsiyyətinin təntənəsi, böyüklüyü, aliliyi qəlblərə, ruhlara hakim kəsilir. Vətənini, xalqını sevən, “Mən azərbaycanlıyam” deyən hər kəs Heydər Əliyev sevgisinin, fəxarətinin qüruru ilə yaşayır və Ulu Öndərə olan böyük məhəbbətini bölüşmək istəyir. Elə mən də Azərbaycanın pənahı, milyonların gümanı, dünyanın heyran olduğu həmişəyaşar Liderimiz, Ulu Öndərimiz haqqında illər boyu ürəyimdə gəzdirdiyim sözləri demək istədim. Heydər Əliyev biz jurnalistlərin ən böyük dostu olub. İkinci dəfə hakimiyyətə qayıdan dahi şəxsiyyət əvvəlcə redaksiyaları çətin vəziyyətdən çıxarmaq üçün onların nəşriyyata olan borclarını sildi. Mətbuat orqanlarına tam müstəqillik verdi, mətbuat üzərində senzuranı ləğv etdi. Azərbaycan jurnalistikası Heydər Əliyev siyasətindən bəhrələndi. O çətin günlərimizdə jurnalistlərə arxa olan Ulu Öndərimizə hər birimiz minnətdarıq.

Onu da yaxşı bilirəm ki, Heydər Əliyev kimi dahi şəxsiyyət, qüdrətli Lider, dövlət başçısı haqqında danışmaq, söz demək olduqca çətin və məsuliyyətlidir. Lakin Ulu Öndərimizə olan sonsuz sevgimi, qəlbimdəki fəxarət və rəğbət hissini bölüşmək istədim...

Görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini qoyan, onu davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Nadir keyfiyyətlərə sahib olan Heydər Əliyev bir-biri ilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycanın bir dövlət kimi güclənməsinə və tərəqqisinə çalışmış, xalqının mənafeyini hər zaman üstün tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanı yüksəliş yoluna çıxaran inkişaf strategiyasının tarixi 1969-cu ildən, respublikamıza birinci dəfə rəhbərliyə gəlməsindən başlayıb. Ulu Öndərin rəhbərliyi ilə həmin dövrdə görülən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açıb. Mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyevin ilk rəhbərliyi illərində Azərbaycan bütün sahələr üzrə, sözün əsl mənasında, intibah dövrünü yaşayıb. Məhz həmin dövrdən Azərbaycanın müasir tarixinin bütün mərhələləri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının yenidən qurulması, SSRİ-nin məşhur ali məktəblərində gənclərimizin təhsil alması, respublikada hərbi liseyin yaradılması onun uzaqgörən siyasətinin nəticəsi, ölkəmizin gələcək inkişafı üçün nəzərdə tutulmuş əvəzsiz addımlar idi.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Belə bir böhranlı vəziyyətdə - 1993-cü ilin iyununda təcrübəli siyasətçi, bacarıqlı dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkədəki hərc-mərcliyə, vətəndaş qarşıdurmasına son qoydu, dövlət müstəqilliyimiz qorundu. Ulu Öndərin əsasını qoyduğu milli qurtuluş fəlsəfəsi, sözün həqiqi mənasında, müstəqil Azərbaycanın mövcudluğunu təmin etdi. Ümummilli Liderin uzaqgörənliyinin, qətiyyətinin nəticəsi olan “Əsrin müqaviləsi” imzalandı, islahatlar həyata keçirildi. Bu xətt ölkəmizdə indi də uğurla davam etdirilir.

Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının əsasını iqtisadiyyatın yüksəlişi, mövcud resurslardan səmərəli istifadə, dünya iqtisadiyyatına inteqrasiya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.

Bütövlükdə, Heydər Əliyev müasir, müstəqil Azərbaycan dövlətçiliyinin etibarlı bünövrəsini yaratdı. Böyük Öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli oldu. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatla yanaşı, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində də ciddi uğurlar əldə etdi.

Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətin nəticəsidir.

Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından həyati əhəmiyyət kəsb edən azərbaycançılıq ideologiyasını formalaşdırması və onun bütün dünyada Azərbaycan diasporlarının ideoloji təməlinə çevrilməsidir. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi sərvətidir. Bu birlik 2020-ci ildə, 44 günlük Vətən müharibəsində öz həqiqi təsdiqini tapdı və uzun illər həsrətində olduğumuz Qələbə sevincini hər birimizə yaşatdı.

Bu gün Azərbaycanın hər bir uğurunun əsasında Heydər Əliyev uzaqgörənliyi, düşünülmüş siyasəti dayanır. Prezident İlham Əliyev ölkəmizin ötən dövrdə qazandığı uğurlardan bəhs edərkən demişdir: “Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir”.

Müasir, müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyasından, dünyamiqyaslı siyasətçi olmasından, tarixi şəxsiyyət kimi tanınmasından nə qədər danışsaq bitib tükənməz.

...Ulu Öndəri mənə daha doğma, əziz edən onun mənəvi zənginliyi, sadəliyi, insanlara səmimi münasibəti, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və qoruyucusu olmasıdır. Deyin, hansımız bu dahi şəxsiyyətin söylədiyi “Azərbaycan” şeirini dinləyəndə qəhərdən kövrəlməmişik? Onun səsinin titrəməsi, gözlərinin dolması doğma Vətəninə - Azərbaycana olan böyük məhəbbətinin nişanəsi idi. Bu, həm də Vətən sevgisinin əzəmətinin, qürurunun təntənəsi idi. Xarici səfərlərinin birində azərbaycanlılarla görüşdüyü zaman Heydər Əliyevin ifa etdiyi “Qarabağın maralı” mahnısı yəqin çoxlarının yadındadır. Bu da milli mədəniyyətimizə vurğunluğun bir ifadəsi idi. Heydər Əliyev kimi tarixi şəxsiyyətin tez-tez uşaq evlərinə baş çəkməsi, atasız-anasız böyüyən körpələri bağrına basıb, oxşaması insanlığın ən ali göstəricisi idi. Tez-tez sadə əmək adamları, incəsənət ustaları ilə görüşləri də çoxlarına örnək ola biləcək mənəvi dəyərlərdəndir. Azərbaycanda böyükdən-kiçiyə hamı onun səmimiyyətinə, sadəliyinə vurğun idi. Ətrafındakı insanlarla isti münasibəti onu hər kəsə doğmalaşdırmışdı. Elə buna görə də hamı ona “Heydər baba” deyə müraciət edirdi.

Fenomenal yaddaşa malik olan Heydər Əliyev haqqında düşünərkən insanı heyrət və təəccüb bürüyür: Görəsən, bir insan bu qədər məlumatlı olmağı necə bacarıb? Bütün sahələrin bilicisi idi Ulu Öndər. Çox düşünmüşəm, dünyada ona bənzər daha bir kimsə varmı? Gəldiyim qənaət isə belə olub: Heydər Əliyev Tanrının bəşəriyyətə bəxş etdiyi ən böyük qüdrətli və ləyaqətli şəxsiyyət idi. Bəlkə elə buna görədir Ulu Öndərə tükənməyən el məhəbbəti, sevgisi. Heydər Əliyev qüdrətli dövlət başçısı, dünyamiqyaslı tanınmış siyasətçi, xalqını, Vətənini sevən sadə və səmimi bir insan idi.

AZƏRTAC-ın 2004-cü ildə nəşr etdiyi “Dünyanı heyran qoyan insan” kitabında xalqımızın dahi oğlu barədə toplanmış materiallarla hətta ötəri tanışlıq zamanı rast gəldiyim “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtmışdır”, “Heydər Əliyev Mərkəzi Asiyanın Corc Vaşinqtonudur”, “Heydər Əliyev siyasət şahmatının ustasıdır”, “Heydər Əliyev hər bir millətin şərəfi ola bilərdi” və sair deyimləri son dərəcə dərin məmnunluq hissi ilə oxuyur və Atatürk, Corc Vaşinqton, Cəvahirləl Nehru, Şarl de-Qoll kimi nadir tarixi simalar sırasında adı çəkilən Böyük Azərbaycanlı ilə fəxr edirəm.

Adını qürur və iftixarla andığım Ulu Öndəri yaxından görmədiyimə çox təəssüf edirəm. Lakin onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə rayonumuzda həyata keçirilən böyük quruculuq işlərinin şahidiyəm. Ümummilli Liderin rəhbərliyinin birinci dövründə doğma Qaxımızda gedən tikinti-quruculuq, abadlıq işləri, yaradılan yeni iş yerləri insanlarda yaşamaq, yaratmaq eşqini artırmışdı. İlk dəfə rayonumuzda çoxmərtəbəli yaşayış evləri, istehsal sahələri, təmir-tikinti idarələri, müasir tipli məktəb və xəstəxana binaları, məişət obyektləri Qaxın görünüşünü və əhalinin rifah halını kökündən dəyişmişdi.

Bu gün də doğma Qaxımızda görülən hər işdə Heydər Əliyev ənənələrinin şahidi oluruq. Ölkəmizdə ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi İnkişafına dair Dövlət proqramları Heydər Əliyevin sosial-iqtisadi siyasətinin davamıdır. Bu proqramlarda nəzərdə tutulan bir çox infrastruktur layihələrdən rayonumuz da bəhrələnib.

Ulu öndər Heydər Əliyevin xalqına, xalqın isə Ümummilli Liderinə olan sarsılmaz inamı və sonsuz sevgisi belə bir aforizm yaradıb: Heydər-Xalq, Xalq-Heydər! Əslində, bu ifadə özündə bəlkə də bəşər tarixində indiyədək mövcud olmuş ən möhkəm və sarsılmaz xalq-rəhbər birliyini təcəssüm etdirir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın öz ərazi bütövlüyünün bərpasındakı möhtəşəm Qələbəsi, bu gün də davam edən və gündən-günə daha da möhkəmlənən bu vəhdətin növbəti təntənəsidir. Azərbaycan xalqı öz xilaskar oğlu Heydər Əliyevin əziz xatirəsini daim yaşadacaq. Azərbaycan dahi şəxsiyyətin siyasi varisi, layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin müəyyənləşdirdiyi yolla bundan sonra da daha böyük qələbələrə doğru inamla addımlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi