QAXDA AÇIQ ƏYLƏNCƏLİ FUTBOL MƏKTƏBİNİN TƏLİM-MƏŞQLƏRİ KEÇİRİLMİŞDİR
Qax, 13 avqust (AZƏRTAC). Açıq Əyləncəli Futbol Məktəbləri Assosiasiyasının xətti ilə avqustun 9-dan 13-dək Qax şəhər stadionunda 14 yaşadək uşaqlar üçün təlim-məşqlər keçirilmişdir. Təlimlərdə 180 nəfərə yaxın uşaq, o cümlədən Gürcüstanın Telavi şəhərindən gəlmiş 18 nəfərdən ibarət qrup iştirak etmişdir.
Rayon Gənclər və İdman İdarəsindən bildirmişlər ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən “Açıq Əyləncəli Futbol Məktəbləri” layihəsinin Azərbaycan üzrə təlimatçısı Rövşən Əhmədov bildirmişdir ki, humanitar xarakter daşıyan bu aksiya UEFA-nın dəstəyi ilə Kopenhagen Kəsişən Mədəniyyətlər Assosiasiyası və Norveç Futbol Federasiyasının birgə əməkdaşlığı ilə həyata keçirilir. Dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda da geniş yayılan bu aksiyanın əsas məqsədi uşaqların futbola marağını daha da artırmaq, habelə ölkələr və xalqlar arasında dostluq və idman sahəsində əlaqələrin genişləndirilməsinə nail olmaqdır.
Təlim-məşqlərin sonunda aksiyada iştirak edən bütün uşaqlara hədiyyələr, idman geyimləri və idman ləvazimatları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]