QAXDA AQRAR SAHƏ SÜRƏTLƏ İNKİŞAF EDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməsi nəticəsində ötən il bütün növlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Keçən il taxıl istehsalı 28,7 faiz artaraq 19034 tona, fındıq istehsalı 11 dəfə artaraq 1860 tona, dən qarğıdalı istehsalı 6 dəfə artaraq 3155 tona, tərəvəz istehsalı 9,4 dəfə artaraq 4400 tona, üzüm istehsalı 4,6 dəfə artaraq 1250 tona, ət istehsalı 19,6 faiz artaraq 2392 tona, süd istehsalı 7,3 dəfə artaraq 9053 tona, davarların sayı 61 min 138 başdan 105 min 412 başa, donuzların sayı 2949 başdan 5436 başa çatdırılmışdır.
Hazırda rayonda 56 fermer təsərrüfatı, 1150 fiziki şəxs və 11 min 176 nəfər torpaq payı olan kəndli qeydiyyata alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]