Qaxda qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Bakı, 1 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonu, İlisu kəndində bir nəfərin qayalıq ərazidən dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Abdullazadə Mirzə Zəfər oğlu qayalıq ərazidən dərinliyi təxminən 10 metr olan dərəyə yıxılaraq təhlükəli vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən xüsusi xilasetmə əməliyyatı sayəsində vətəndaş dərədən çıxarılaraq xilas edilib və təcili tibbi yardım briqadasına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:12]
® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]