QAXDA ULU ÖNDƏRİMİZİN XATİRƏSİEHTİRAMLA ANILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, səhər saatlarından etibarən rayon ictimaiyyətinin nümayəndələri burada milli liderimizin əziz xatirəsinə ucaldılmış əzəmətli heykəlin qarşısına gələrək, ulu öndərimizə hörmət və ehtiramlarını bildirmiş, abidənin önünə əklillər qoymuş, tər çiçəklər düzmüşlər. Anma mərasimində iştirak edən ziyalılar, müharibə və əmək veteranları, ağsaqqallar və gənclər iki il əvvəl əbədiyyətə qovuşmuş ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini minnətdarlıqla xatırlayaraq, ulu öndərimizə sonsuz sevgi və məhəbbətlərini ifadə etmişlər.
Sonra rayon icra hakimiyyətinin akt zalında ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş toplantı keçirilmişdir. Tədbirdə çıxış edən natiqlər ulu öndərimizin zəngin və ibrətamiz həyat yolu barədə iftixarla danışmış, onun ideya və arzularının həyata keçirilməsində dövlətimizin başçısı İlham Əliyevə daim arxa duracaqlarını, kömək göstərəcəklərini bildirmişlər.