Qazax sakinində qumbara və narkotik aşkarlanıb
Qazax, 17 iyun, E. Məmmədov, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Paşabəy Hüseynov saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd qumbara və onun alışdırıcısı və narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Aşkar olunmuş maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.