Qazaxıstan Çinlə birlikdə Ayda stansiya tikəcək
Astana, 19 iyul, AZƏRTAC
2030-cu ildə Qazaxıstanın iştirakı ilə Ay stansiyası layihəsinin aktiv fazasına start veriləcək.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib.
Onun sözlərinə görə, Çin tərəfi ilə 2030-2035-ci illəri əhatə edən aktiv fazanın, o cümlədən tikintinin aparılmasını nəzərdə tutan memorandum imzalanıb.
“Stansiya özü Ayda və ya orbitdə yerləşəcək. Onun məqsədi elmi tədqiqatların aparılmasıdır. Hazırda tədqiqatların hansı formada aparılacağı - Ayda insanların daimi mövcudluğu və ya robotların cəlb edilməsi, ya da başqa variantlar müzakirə edilir”, - deyə nazir izah edib.
O, qeyd edib ki, hazırda layihə başlanğıc mərhələdədir, buna görə də hər hansı maliyyələşdirmə hələ müzakirə olunmur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]