Qazaxıstan ordusunun arxa cəbhə təminatının modernləşdirilməsi məsələsi müzakirə olunub
Astana, 10 fevral, AZƏRTAC
Qazaxıstanda son silahlı qarşıdurmalar fonunda dəyirmi masa iclasında arxa cəbhə təminatı məsələləri müzakirə olunub.
AZƏRTAC Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müdafiə nazirinin arxa cəbhə və hərbi infrastruktur üzrə müavini general-leytenant Kanış Abubakirovun rəhbərliyi altında keçirilən iclasda iştirakçılar mövcud vəziyyəti, Quru Qoşunlarının, Hava Hücumundan Müdafiə Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin arxa cəbhə təminatının inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər.
Qeyd olunub ki, Arxa Cəbhə Rəisi İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılmasında maddi-texniki vasitələrin uçotunun rəqəmsallaşdırılması mühüm amildir.
Görüş zamanı xarici ölkə ordularının təcrübəsi əsasında döyüş əməliyyatları zamanı bölmələrin təminatının logistikasının təşkilinin özəllikləri təhlil edilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:04]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [19:51]