QAZAXISTANDA BAŞ NAZİRİN MÜAVİNİ VƏZİFƏSİNƏ, İLK DƏFƏ OLARAQ, QADIN TƏYİN EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri Astanadan xəbər verir ki, suveren Qazaxıstanın tarixində ilk dəfə olaraq, Baş nazirin müavini vəzifəsinə qadın təyin edilmişdir. Qazaxıstan hökumətində bildirmişlər ki, Prezident Nursultan Nazarbayev mayın 14-də Bırqanım Aytimovanın Baş nazirin müavini vəzifəsinə təyin edilməsi barədə fərman imzalamışdır.
50 yaşlı Aytimova bu vaxta qədər Qazaxıstanın İtaliyada, habelə əvəzçiliklə Yunanıstanda və Maltada səfiri olmuşdur.