Qazaxıstanda dolların məzənnəsi rekord həddə yüksəlib
Nur-Sultan, 13 mart, AZƏRTAC
Qazaxıstan fond birjasında səhər sessiyasında bu ölkənin milli valyutasının dollara nisbətən ortaçəkili məzənnəsi 405,6 təngə təşkil edib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın paytaxtında və Almatıda valyutadəyişmə məntəqələrinin böyük əksəriyyətində dolları 408 və ya 409 təngəyə satırlar. Bundan başqa, avronun məzənnəsi də nəzərəçarpacaq dərəcədə artaraq 451-457 təngə olub.
Ölkə Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə dünya iqtisadiyyatında baş verənlərə operativ reaksiya verilməsi məqsədilə antiböhran qərargahı yaradılıb. Dövlət başçısı xərclərin azaldılmasını, işsizliyin artmasına yol verilməməsini, iqtisadiyyatda və maliyyə sektorunda sabitliyin qorunub saxlanılmasını tapşırıb.
Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də “üzən” məzənnə rejiminə keçib. Həmin vaxt dolların məzənnəsi 188 təngəyə bərabər olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]