Qazaxıstanda koronavirusa yoluxmada artım müşahidə olunur
Nur-Sultan, 8 oktyabr, AZƏRTAC
Qazaxıstanda 3094 nəfər koronavirus infeksiyasından müalicə olunur, onlardan 70-i uşaqdır. Son bir sutka ərzində koronavirus infeksiyasına yoluxmada yenidən artım müşahidə olunub və 92 hadisə qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, ümumilikdə, ölkədə 108 454 COVID-19-a yoluxma halı qeydə alınıb, koronavirus infeksiyasından 103 604 nəfər sağalıb, 1746 nəfər həyatını itirib.
Xatırladaq ki, koronavirus Qazaxıstanda ilk dəfə martın 13-də qeydə alınıb. Ölkə başçısının qərarı ilə martın 16-dan fövqəladə vəziyyət elan olunub, Nur-Sultan və Almatı şəhərlərində karantin rejiminin tətbiq olunmasına başlanılıb.
Daha sonra prezident iki dəfə - aprelin 14 və 27-də yoluxma təhlükəsinin artması səbəbindən fövqəladə vəziyyət müddətinin uzadılması, mayın 11-də isə ölkədə fövqəladə vəziyyətin sona çatması və mərhələli şəkildə yumşalması barədə qərar qəbul edib.
Qeyd edək ki, ölkənin bir sıra bölgəsində infeksiya təhlükəsi hələ də qalmaqdadır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]