“Qəbələ” baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb
Bakı, 21 dekabr, AZƏRTAC
“Qəbələ” futbol klubu baş məşqçi Roman Qriqorçuk ilə müqavilə müddətini uzadıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2015-2016-cı il mövsümünün sonunda başa çatacaq 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyununda - 2016-2017-ci il mövsümünün sonunda başa çatacaq.
“Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan R.Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci il mövsümündə Premyer Liqanın bürünc mükafatını qazanıb, 2015-2016-cı il mövsümündə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]