“Qəbələ”–“Herta” oyununun hakimləri müəyyənləşib
Bakı, 2 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Qəbələ”-“Herta” (Almaniya) oyununa hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci seçmə mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutacaq oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi olacaq. Ona həmyerliləri Rustam Matyakubov və Maral Abdikerov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını azərbaycanlı İnqilab Məmmədov yerinə yetirəcək.
Matçın hakim-inspektoru AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik, UEFA nümayəndəsi isə monteneqrolu Aleksandra Ana Raspopoviç olacaqlar.
Xatırladaq ki, görüş noyabrın 7-də saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]