“Qəbələ” klubu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb
Bakı, 16 dekabr, AZƏRTAC
“Qəbələ” klubu futbolçusu Voislav Stankoviçlə yeni müqavilə imzalayıb.
AZƏRTAC kluba istinadla xəbər verir ki, serbiyalı müdafiəçi ilə anlaşma daha 2 il müddətinə uzadılıb. Otuz yaşlı futbolçu 2019-cu ilin sonunadək “qırmızı-qara” forma geyinəcək.
Xatırladaq ki, 2015-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Stankoviç komandanın heyətində Premyer Liqanın 2015-2016-cı il mövsümündə bürünc, 2016-2017-ci il mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 101 matçda 2 qol vurub. Serbiyalı müdafiəçi Premyer Liqada 60, Avropa Liqasında 28 (1 qol), Azərbaycan kubokunda 13 matç (1 qol) keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]