Qəbələ meşələrində qanunsuz tikililər sökülmüşdür
Bakı, 17 may (AZƏRTAC). Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 72-ci kvartalının 15-ci bölməsində qanunsuz tikinti aparılması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət yerində araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı həmin ərazidə Qəbələ rayonu Vəndam kənd sakini Coşqun Bağırov tərəfindən qanunsuz olaraq istirahət və mətbəx təyinatlı otaqların inşa edildiyi aşkar edilmişdir. Qanunsuz tikililər təqsirkar şəxs tərəfindən könüllü olaraq sökülmüşdür.
Eyni zamanda, ETSN tərəfindən müəssisənin direktoru barəsində qanunvericiliyə uyğun qaydada intizam tənbeh tədbiri görülmüşdür.
Meşə fondu torpaqlarında qanunsuz tikintilərin inşa edilməsinə qarşı nəzarətin gücləndirilməsi məqsədi ilə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə və 11 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə ciddi tapşırıqlar verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]