QƏBƏLƏDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI ARTMIŞDIR
Qəbələ Rayon Statistika İdarəsi ilin doqquz ayının yekunlarını elan etmişdir. Məlumatda deyilir ki, doqquz ayda rayonda 7182 ton tərəvəz, 5864 ton kartof, 1408 ton qarğıdalı, 1600 ton bostan məhsulları istehsal edilmişdir. Yığılan məhsul ötən ilin eyni dövründəki ilə müqayisədə müvafiq olaraq 1306 ton, 957 ton və 269 ton çox olmuşdur.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, aprel-may aylarında hava şəraitinin pis keçməsi nəticəsində meyvə yığımı ötən illə müqayisədə 1583 ton azalmışdır.
Payızlıq dənli bitkilər üçün ötən ildəkindən 223 hektar çox, yəni 8073 hektarda şum çıxarılmışdır. 3739 ton payızlıq toxum fondu ayrılmışdır ki, bu, ötən ildəkindən 55 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]