“Qəbələ”nin taekvondoçuları ölkə çempionatında dörd medal qazanıblar
Bakı, 23 fevral, AZƏRTAC
Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub. Bakı Boks Mərkəzində təşkil olunan yarışda “Qəbələ” idman klubunun təmsilçiləri də uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, iki gün davam edən çempionatda klubun yetirmələri 4 medal qazanıblar.
Çempionatda 58 kiloqram çəki dərəcəsində çıxış edən Əli Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Məcid Sofiyev (54 kq) və Məhəmməd Məmmədovun (68 kq) qazancı gümüş medal olub. Qadınların mübarizəsində qüvvəsini sınayan Mujgan Zadmohammad (57 kq) isə yarışı üçüncü pillədə başa vurub.
Beləliklə, “Qəbələ”nin idmançıları 1 qızıl, 2 gümüş və 1 bürünc əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]