“Qəbələ”nin U-14 komandası beynəlxalq turnirdə beşinci yer uğrunda mübarizə aparacaq
Bakı, 9 iyun, AZƏRTAC
Rusiyanın Kaspiysk şəhərində keçirilən “Caspian Cup” turnirində qrup mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ikinci turda Rusiya təmsilçisi “Ramzan”a 0:5, növbəti turda isə “Krasnodar”a 1:2 hesabı ilə uduzub. Rusiyalılarla sonuncu qarşılaşmada hesabı 13-cü dəqiqədə Mehrac Baxşəliyev açıb. Bu qoldan 1 dəqiqə sonra Krasnodarın eyniadlı təmsilçisi bərabərliyi təmin edib. Rusiyalıların qələbə qolu isə 60+5-ci dəqiqəyə təsadüf edib. İlk turda “Rostov”a 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” qrup mərhələsini 4-cü pillədə başa vurublar.
Birgünlük istirahətdən sonra - iyunun 10-da yarımfinal, həmçinin 5-8-ci yerlər uğrunda matçlar keçiriləcək. “Qəbələ” 5-ci yer uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]