“Qəbələ”nin U-19 komandası Antalya hazırlığını böyük hesablı qələbə ilə başa vurub
Bakı, 16 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası üçüncü yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar”ın hazırlıq prosesindəki son rəqibi yerli “Kunduspor” olub.
Qarşılaşma “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib. U-19 Türkiyə komandasının qapısından 5 cavabsız top keçirib. Bu qollardan ikisinə Faiq Hacıyev imza atıb. Rüstəm Nuruyev, Kamran Quliyev və Məhəmməd Abbaslı isə hərəyə 1 dəfə fərqləniblər.
Yanvarın 8-dən Antalyada toplanışda olan “Qəbələ” hazırlığını bu oyunla yekunlaşdırıb. Komandamız bunadək keçirdiyi ilk iki oyunda “Qartalspor”a 3:1 hesabı ilə qalib gəlib və “Antalyaspor”a 1:2 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]