Qəbələyə 6 ay ərzində 15 mindən artıq turist gəlmişdir
Qəbələ, 20 iyun (AZƏRTAC). Dağlıq ərazidə yerləşən Qəbələnin yaşıl sıx meşələri, gözəl mənzərəli yerləri, sərin bulaqları, qədim tarixi abidələri, müasir turizm obyektləri, gursulu dağ çayları və səfalı yaylaqları turistlərin yüksək marağına səbəb olur. Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova AZƏRTAC-a bildirmişdir ki, iyunun 15-də Qəbələ rayonunda turizm mövsümünə rəsmən start verilsə də artıq mayın ortalarından başlayaraq turistlər Qəbələyə intensiv şəkildə gəlirlər. İstirahət etmək üçün Qəbələyə gələn yerli və xarici turistlərin sayının ildən-ilə artdığını bildirən şöbə müdiri hazırda Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyektinin fəaliyyət göstərdiyini qeyd etmişdir.
Son 7 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 16-a çatmışdır. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa restoran və hotel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur.
Ötən il Qəbələyə 30 min 150 turist gəlmişdirsə, təkcə bu il yanvarın 1-dən iyunun 15-dək, yəni turizm mövsümünün başlandığı dövrədək rayona gələn qonaqların sayı 15 mini keçmişdir. Xatırladaq ki, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə 29 min 480 turist gəlmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]
“Şahdağ” Turizm Mərkəzində “TourismLAB” yay düşərgəsi təşkil olunub
- 09.07.2026 [14:26]
Naftalanda müalicə turizmi ilə aqroturizmi birləşdirən infotur
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [17:37]