QƏRB UNİVERSİTETİNDƏ ELMİ – PRAKTİK KONFRANS KEÇİRİLƏCƏKDİR
Martın 27-də Qərb Universitetinin Gender Araşdırmalar Mərkəzində BMT-nin Qadınlar üçün İnkişaf Fondu (UNİFEM), Qadın Şəbəkə Proqramı: Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu ilə birgə alimlər, müəllimlər, elmi-tədqiqat institutlarının və ictimai təşkilatların mütəxəssisləri üçün “Müasir sosial-siyasi dəyişikliklər konteksində gender təhsilinin inkişafı” mövzusunda elmi–praktik konfrans keçiriləcəkdir.
Universitetdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konfransda Təhsil Nazirliyinin, Qadın Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları, gender üzrə tədqiqatçılar, o cümlədən Rusiya və Gürcüstandan gəlmiş mütəxəssislər, beynəlxalq humanitar təşkilatların üzvləri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]