Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə Xaçmaz Rayon Prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar nəticəsində 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindəki istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Fakta görə Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]
Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib
- 29.09.2026 [17:33]
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub
- 29.09.2026 [17:08]
Azyaşlılar təhlükəsiz davranış qaydaları barədə maarifləndirilirlər
- 29.09.2026 [17:08]